cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

19 yaşlı müdafiəçi “Barselona”ya gedəcək

25.01.2021 18:50 Oxundu 437

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola müdafiəçi Erik Qarsiyanın ayrılacağı ilə barışıb.

“CEMPİON.AZ” xəbər verir ki, ispaniyalı mütəxəssis həmyerlisinin “Barselona”ya qayıdacağına əmindir.

Qarsiyanın ən geci mövsümün sonunda azad agent kimi Kataloniya təmsilçisinə keçidi rəsmiləşəcək. Bu səbəbdən Qvardiola indidən 19 yaşlı müdafiəçinin boşluğunun doldurulması üçün rəhbərliyə müraciət edib.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Erik Qarsiya 2017-ci ildən “Mançester Siti”də çıxış edib.