cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Eusebio Di Françesko ilə müqavilə müdətti artırıldı

25.01.2021 17:18 Oxundu 444

İtaliyanın “Kalyari” klubu baş məşqçisi Eusebio Di Françesko ilə müqaviləni yeniləyib.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssislə yeni sözləşmənin müddəti 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Eusebio 2020-ci ilin avqustudan “Kalyari”ni çalışdırır. Onun əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi. “Kalyari” A Ssriyasında 18-ci sırada yer alır.