cümə axşamı, 28 avqust 2025

BİZİM FUTBOL

Ölkə kubokunda 8 il sonra ilk

25.01.2021 22:38 Oxundu 447

Azərbaycan kubokunun 1/8 final mərhələsinin yeganə sensasiyası “Sabah” – “Kəpəz” oyununda qeydə alınıb.
 
“CEMPİON.AZ” xəbər verir ki, Premyer Liqada uğursuz mövsüm keçirən paytaxt təmsilçisi öz meydanında I divizion komandasına 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Bununla 2013/14 mövsümündən bəri ilk dəfə I divizion klubu elita təmsilçisinin 1/4 finala gedən yolunu kəsib. 8 il əvvəl aşağı liqada mübarizə aparan “Araz Naxçıvan” Premyer Liqada iştirak edən “Simurq”la 1/8 finalda 2:2 hesabı ilə başa çatan matçda rəqibini penaltilər seriyasında üstələyib.

Qeyd edək ki, “Kəpəz” 1/4 finalda “Keşlə” ilə qarşılaşacaq. Bu mərhələnin oyunları 1-2 fevral və 6-7 fevralda keçiriləcək.