cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Edin Dzeko “Roma”dan getmək istəyir

26.01.2021 15:53 Oxundu 559

İtaliyanın “Roma” klubunun futbolçusu Edin Dzeko qış “transfer pəncərəsi”ndə komandasını dəyişəcək.

“CEMPİON.AZ” xəbər verir ki, bosniya və herseqovinalı hücumçu baş məşqçi Paulu Fonseka ilə münaqişə üzündən klubda qalmaq istəmir.

34 yaşlı forvard artıq İngiltərə “Vest Hem”indən təklif alıb. Lakin Dzeko Premyer Liqa təmsilçisinə keçməkdən imtina edib.

Qeyd edək ki, futbolçunun agenti klub rəhbərliyi ilə görüşərək onun gedişi barədə müzakirə aparıb.