cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Atletik”in futbolçusundan rekord

26.01.2021 16:55 Oxundu 453

“Atletik”in futbolçusu Raul Qarsiya La Liqada  yeni rekorda imza atıb.

“CEMPİON.AZ” “Opta”ya istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi buna son turda “Xetafe” ilə matçda (5:1) nail olub. O, sözügedən görüşdə  fərqlənməklə turnirdə vurduğu qolların ümumi  sayını 100-ə yüksəldib. Beləliklə, ispaniyalı oyunçu 21-ci əsrdə La Liqada 100 qol həddinə çatan ilk yarımmüdafiəçi kimi tarixə düşüb.
Qarsiya bu qollardan 54-ünü “Atletik”in, 26-sını “Atletiko”nun, 20-sini isə “Osasuna”nın heyətində vurub.

Qeyd edək ki, Raul Qarsiya bu mövsüm 18 matçda 3 qol vurub və 1 qolun ötürməsini verib.