cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Tomas Tuxel bu futbolçuları istəyir

27.01.2021 12:22 Oxundu 471

İngiltərənin “Çelsi” klubunun yeni baş məşqçisi Tomas Tuxel transfer hədəfini müəyyənləşdirib.

“CEMPİON.AZ” xəbər verir ki, bir gün öncə 1,5 illik müqavilə imzalayan almaniyalı mütəxəssis yay fasiləsində sərəncamında görmək istədiyi ilk oyunçunun adını rəhbərliyə təqdim edib.

O, Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın keçidində maraqlı olduğunu bildirib. Temmi Abrahamdan narazılıq bildirməyən Tuxel yenə də hücum xəttinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Onun bu fikrini dəstəkləyən “zadəganlar” mövsümün sonunda Norveç millisinin üzvünün transferi üçün danışıqlara başlayacaq.

Qeyd edək ki, Erlinq Haland Avropanın digər nəhəng klublarının da transfer gündəmindədir.