27.01.2021 12:49
453


İtaliyanın “İnter” klubunda yarımmüdafiəçi Kristian Eriksenin taleyinə aydınlıq gəlib.
“CEMPİON.AZ” xəbər verir ki, bir neçə klubun maraq dairəsində olan Danimarka millisinin üzvü “neradzurra”nı tərk etməyəcək.
Bunu komandanın baş məşqçisi Antonio Konte açıqlayıb: “Eriksen “İnter”də qalacaq. Heç kimlə anlaşmadığımız üçün o, bizimlə olacaq. Kristianı buraxa bilmərik. Sevinirəm ki, ölkə kubokunda “Milan”la görüşdə qol vurdu”.
Qeyd edək ki, Kristian Erikseni “Tottenhem” və “Lester” heyətinə qatmaq istəyir.