cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Cenk Tosun Rusiyada oynaya bilər

27.01.2021 13:52 Oxundu 452

Türkiyə millisinin futbolçusu Cenk Tosun karyerasını Rusiyada davam etdirə bilər.

“CEMPİON.AZ” xəbər verir ki, bunu hücumçunun atası və agenti Şenol Tosun açıqlayıb.

O bildirib ki, İngiltərə “Everton”una məxsus forvard MOİK-ə keçməsi mümkündür: “Həqiqətən də klublar keçidlə bağlı danışıqlar aparır. Lakin hələ dəqiq bir şey yoxdur. Necə olacağını zaman göstərəcək”.

Qeyd edək ki, Tosunun Premyer Liqa təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Onun transfer qiyməti 7 milyon avro ilə dəyərləndirilir.