cümə axşamı, 28 avqust 2025

BİZİM FUTBOL

Donald Gerye cəzalandırıldı

27.01.2021 16:20 Oxundu 627

"Qarabağ" komandaya gec qoşulan haitili futbolçu Donald Geryeni cəzalandırıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib. Onun sözlərinə görə, qış toplanışında iştirak etməyən 32 yaşlı yarımmüdafiəçi cərimələnərək, əvəzedici komandaya göndərilib. Çelikel cərimənin məbləğini açıqlamayıb.

Klub rəsmisi ispaniyalı futbolçu Xayme Romeronun da məşqlərə can yandırmadığı üçün cərimələnərək əvəzedici komandaya göndərilməsi ilə bağlı yayılan xəbərə də aydınlıq gətirib. O, məlumatın həqiqəti əks etdirmədiyini bildirib.