28.01.2021 11:54
445


İngiltərənin “Mançester Yunayted” klubu müdafiəçisi Markos Roxo ilə yollarını ayırır.
“CEMPİON.AZ” xəbər verir ki, argentinalı cinah oyunçusu karyerasını vətənində davam etdirəcək.
30 yaşlı futbolçu “Boka Xuniors”la anlaşıb. Roxo yeni komandası ilə 2 illik müqavilə imzalayacaq. Razılığa əsasən, bu müddət daha 1 il uzadıla bilər. Argentina millisinin üzvü “qırmızı şeytanlar”la mövsümün sonuna qədər olan müqaviləsinə xitam verdikdən sonra gələn həftə “Boka Xunirs”a qoşulacaq.
Qeyd edək ki, Markos Roxo 2014-cü ildən “Mançester Yunayted”də çıxış edir.