28.01.2021 13:25
465


Türkiyənin “Fənərbaxça” klubu daha bir futbolçunun transferini açıqlayıb.
“CEMPİON.AZ” xəbər verir ki, Brayt-Osayi Samuel İstanbul təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.
İngiltərəli yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra “sarı-lacivərdlilər”lə 4,5 illik müqaviləyə qol çəkib. “Fənər” Nigeriya əsilli 23 yaşlı oyunçunu “Kuinz Park Reyncers”dən alıb.
Qeyd edək ki, “Fənərbaxça” qış transfer dönəmində Məsut Özil və Attila Şalayı da heyətinə qatıb.