cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Mançester Yunayted” Bundesliqadan futbolçu alır

28.01.2021 14:56 Oxundu 428

İngiltərənin “Mançester Yunayted” klubu Almaniya Bundesliqasından futbolçu alır.

“CEMPİON.AZ” xəbər verir ki, Premyer Liqa təmsilçisi “Hoffenhaym”ın yarımmüdafiəçisi Kristof Baumqartneri heyətinə qatmağa yaxındır.
21 yaşlı avstriyalının qış transfer pəncərəsinin sonunadək Mançester klubuna keçəcəyi gözlənilir. Onun qiyməti 18 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Baumqartner cari mövsümdə 25 oyunda 6 qol vurub.