cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Yurgen Klopp razıdır

28.01.2021 15:18 Oxundu 458

İngiltərənin “Liverpul” klubu qış fasiləsində transfer etməyi düşünmür.

“CEMPİON.AZ” xəbər verir ki, rəhbərlik baş məşqçi Yurgen Kloppdan da hazırkı heyətlə yola davam etməklə bağlı razılıq alıb.

Almaniyalı mütəxəssis koronavirus pandemiyasının yaratdığı maliyyə böhranı səbəbindən mövcud heyətə güvənə biləcəyini söyləyib. Vircil van Deyk və Co Qomesin uzunmüddətli zədəli olmasına baxmayaraq, Klopp müdafiə xəttinə də yeni oyunçu istəməyib.

Qeyd edək ki, “Liverpul” 20 turdan sonra 34 xalla Premyer Liqada 5-ci pillədə qərarlaşıb.