cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

A seriyası klubu heyətini gücləndirməyə davam edir

28.01.2021 15:51 Oxundu 410

İtaliyanın “Fiorentina” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

“CEMPİON.AZ” xəbər verir ki, bir müddət əvvəl rusiyalı Aleksandr Kokorinlə müqavilə imzalayan A seriyası təmsilçisi Kevin Malkomun da keçidini rəsmiləşdirib.

Müdafiəçi “Napoli”dən Florensiya klubuna keçib. 29 yaşlı fransalı mövsümün sonunadək icarə əsasında “Fiorentina”nın formasını geyinəcək. “Bənövşəyilər” yayda oyunçu 6 milyona transfer etmək hüququna da malik olacaq.

Qeyd edək ki, Malkom cari mövsümdə 2 oyun keçirib.