cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Çelsi”dən “Reyncers”ə keçir

28.01.2021 16:55 Oxundu 421

İngiltərənin “Çelsi” klubu daha bir futbolçusu ilə vidalaşır.

“CEMPİON.AZ” xəbər  verir ki, yarımmüdafiəçi Billi Gilmor London təmsilçisindən ayrılacaq.

Futbolçu karyerasını Şotlandiyada davam etdirməyə yaxındır. O, “Reyncers”ə keçə bilər.
Şotlandiyalı klub rəhbərliyindən onu Qlazqo təmsilçisinə buraxmağı xahiş edib. Futbolçu bunu oyun praktikası qazanaraq yığma ilə AVRO-2020-yə yollanmaq istəyi ilə izah edib.

Qeyd edək ki, Gilmor cari mövsümdə 7 oyun keçirib.