cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Milan” brazilyalı hücumçu ilə maraqlanır

29.01.2021 14:25 Oxundu 479

İtaliyanın “Yuventus” klubunun Almaniya “Bavariya”sına icarəyə verdiyi Duqlas Kosta karyerasını yenidən A seriyasında davam etdirə bilər.

“CEMPİON.AZ” xəbər verir ki, 30 yaşlı hücumçu “Milan”ın transfer siyahısında yer alıb.

A seriyası təmsilçisi braziliyalı ilə müqavilə imzalamağa hazırlaşır. Milanlılar forvardı qış transfer pəncərəsinin sonunadək heyətinə qatmağı planlaşdırır.
Bu keçidin reallaşmasında yeganə problem Duqlasın maaşının yüksək olmasıdır. Onun illik qazancı 6 milyon təşkil edir.

Qeyd edək ki, Kosta cari mövsüm 19 oyunda 1 qol vurub.