bazar, 28 dekabr 2025

DÜNYA FUTBOLU

İstanbul klubu baş məşqçini istefaya göndərib

29.01.2021 16:53 Oxundu 468

Türkiyənin “Başakşəhər” klubu baş məşqçisi Okan Burukla yolları ayırıb.

“CEMPİON.AZ” İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Okan Buruk 2019-cu ildən “Başakşəhər”i çalışdırırdı. Onun komandası ötən mövsüm Türkiyə Superliqasının qalibi olub. Hazırda isə komanda Superliqada 24 xalla 15-ci pillədə qərarlaşıb.