cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Cenk Tosun İstanbul klubuna qayıdır
 
 
 

30.01.2021 20:47 Oxundu 562

"Everton"un futbolçusu Cenk Tosun karyerasını "Beşiktaş"da davam etdirəcək.

“CEMPİON.AZ” "NTV Spor"a istinadən xəbər verir ki, klublar arasında transferlə bağlı razılıq əldə olunub. Razılığa əsasən, 29 yaşlı oyunçu bu mövsümün sonuna kimi icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm "Everton"da 7 matça çıxıb və 1 qol vurub.

Xatırladaq ki, C.Tosun 2018-ci ilin yanvarında 22.5 milyon avroya məhz "Beşiktaş"dan "Everton"a transfer olunub.