cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

18 yaşlı futbolçu üçün 10 milyon avro ödəyəcək

30.01.2021 21:31 Oxundu 423

İngiltərənin “Mançester Siti” Braziliyadan iki futbolçu alacaq.

“CEMPİON.AZ” xəbər verir ki, Premyer Liqa təmsilçisi Metinyo və Kaykadır.

Hər iki gənc oyunçu “Fluminense”nin şərəfini qoruyur. Mançesterlilər onlara görə 10 milyon avro ödəməyə hazırdır.

Yarımmüdafiəçilər bu il 18 yaşını qeyd edəcək. “Mançester Siti” böyük perspektiv vəd edən oyunçuların yaxın gələcəkdə ulduz olacağı ehtimalından onların transferində maraqlıdır.