cümə, 29 avqust 2025

DÜNYA FUTBOLU

Azarkeşlər klubun bazasına hücum ediblər

31.01.2021 11:23 Oxundu 443

Fransa çempionatının 22-ci turunda bu gün saat 00:00-da başlamalı olan “Marsel" – “Renn” oyunu təxirə salınıb.

“CEMPİON.AZ” Liqa 1-in rəsmi saytına istinadən xəbər verir ki, buna "Marsel" azarkeşlərinin klubun bazasına hücum etməsi səbəb olub.

Fransa mətbuatı 200-ə yaxın azarkeşin klubun prezidenti Jak-Anri Eyronun istefasını tələb edib. Onlar rəhbərliyə etiraz olaraq əllərində yanan məşəllə "Marsel"in bazasına girmək istəyib. Bazanın girəcəyində yanğın baş verib. Komandanın futbolçusu Alvaro Gonzales isə fişənglə belindən vurulub. O, yüngül zədə alıb. Fransa xüsusi təyinatlıları bazanı nəzarətə götürərək azarkeşləri oradan uzaqlaşdırıb.

Fanatlar komandanın son nəticələrindən narazıdır. Hadisə ilə bağlı yerli polis tərəfindən 25 azarkeşin saxlanıldığı bildirilib.
Qarşılaşmanın sonrakı günlərdə keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Andre Villaş-Boaşın çalışdırdığı "Marsel" son 8 oyunda cəmi 1 qələbə qazanıb və 32 xalla 7-ci pillədə qərarlaşıb.