cümə, 29 avqust 2025

DÜNYA FUTBOLU

“Yuventus”dan gedirlər

31.01.2021 13:39 Oxundu 442

İtaliyanın “Yuventus” klubunun iki futbolçusu “Torino”ya keçməyə yaxındır.

“CEMPİON.AZ” xəbər verir ki, müdafiəçi Daniele Ruqani və yarımmüdafiəçi Rolando Mandraqora Turinin adlı-sanlı təmsilçisini şəhərin digər klubuna dəyişə bilər.

Hər iki oyunçu hazırda “Udineze”də icarədədir. “Ağ-qaralar” futbolçuların “Torino”ya keçidinə ilkin razılıq verib.
Ruqani “Parma”nın da maraq dairəsindədir. Lakin onun “Torino”ya keçidi daha realdır.