31.01.2021 14:55
449


Almaniya Bundesliqasında XIX tur davam edir.
“CEMPİON.AZ” xəbər verir ki, ikinci oyun günündə 6 matç keçirilib.
Çempionatın lideri “Bavariya” “Hoffenhaym”ı darmadağın edib. Münhen təmsilçisinin izləycilərinin duelində “Leypsiq” “Bayer”i üstələyib.
Bundan yararlanan “Ayntraxt” “Herta” üzərində qələbə ilə 3-cü sıraya yüksəlib. Dortmund “Borussiya”sı evdə “Auqsburq”a qalib gəlib.
Digər iki görüşdə heç-heçə qeydə alınıb. “Verder” “Şalke” ilə matçda xal itirib. Mönhenqladbax “Borussiya”sı “Union”la sülhə imza atıb.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
Almaniya Bundesliqası
XIX tur
30 yanvar
“Bavariya” – “Hoffenhaym” – 4:1
Boatenq, 31, Müller, 43, Levandovski, 57, Qnabri, 63 – Kramariç, 44
“Borussiya” D – “Auqsburq” – 3:1
Delani, 26, Sanço, 63, Uduokay, 75 (avtoqol) – Han, 10
“Ayntraxt” – “Herta” – 3:1
Silva, 57, 90+5 (pen.), Hintereqqer, 85 – Pyatek, 66
“Union” – “Borussiya” M – 1:1
Knoxe, 31 – Plea, 59
“Verder” – “Şalke” – 1:1
Mohvald, 77 – Maskarel, 38
“Leypsiq” – “Bayer” – 1:0
Nkunku, 51
1 | Bavariya | 19 | 14 | 3 | 2 | 57-26 | 45 |
2 | Leypsiq | 19 | 11 | 5 | 3 | 32-17 | 38 |
3 | Ayntraxt | 19 | 8 | 9 | 2 | 38-28 | 33 |
4 | Bayer | 19 | 9 | 5 | 5 | 32-19 | 32 |
5 | Borussiya D | 19 | 10 | 2 | 7 | 38-27 | 32 |
6 | Volfsburq | 18 | 8 | 8 | 2 | 27-19 | 32 |
7 | Borussiya M | 19 | 8 | 8 | 3 | 36-29 | 32 |
8 | Union | 19 | 7 | 8 | 4 | 34-24 | 29 |
9 | Fraybur | 18 | 7 | 6 | 5 | 33-29 | 27 |
10 | Ştutqart | 19 | 6 | 7 | 6 | 35-29 | 25 |
11 | Verder | 19 | 5 | 7 | 7 | 24-27 | 22 |
12 | Hoffenhaym | 19 | 6 | 4 | 9 | 29-34 | 22 |
13 | Auqsburq | 19 | 6 | 4 | 9 | 20-30 | 22 |
14 | Herta | 19 | 4 | 5 | 10 | 25-35 | 17 |
15 | Arminiya | 18 | 5 | 2 | 11 | 14-29 | 17 |
16 | Köln | 18 | 3 | 6 | 9 | 15-31 | 15 |
17 | Mayns | 19 | 2 | 4 | 13 | 18-40 | 10 |
18 | Şalke | 19 | 1 | 5 | 13 | 15-49 | 8 |