31.01.2021 21:28
446


İspaniyanın “Barselona” klubunun vingeri Usman Dembele komandanı tərk etmək fikrində deyil.
“CEMPİON.AZ” xəbər verir ki, 23 yaşlı futbolçu yeni müqavilə imzalamağa razıdır.
Fransa millisinin üzvü kataloniyalılarla uzunmüddətli sözləşmə imzalamaq niyyətindədir. Ancaq onun aqibəti martın 7-də keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı olacaq.
Qeyd edək ki, müqavilə müddəti 2022-ci ilin yayına qədər olan Usman Dembele ilə bir neçə klub maraqlanır.