cümə, 29 avqust 2025

DÜNYA FUTBOLU

Peres: “Benzema haqqında yalnız xoş fikirlər səsləndirə bilərəm”

01.02.2021 15:42 Oxundu 421

İspaniyanın “Real” klubunun prezidenti Florentino Peres komandanın hücumçusu Kərim Benzemanın Fransa millisinə çağırılmamasına münasibət bildirib.

“CEMPİON.AZ” xəbər verir ki, futbol funksioneri ulduz futbolçunun bu münasibətə layiq olmadığını düşünür.

O, Benzemanı çağırmamaqla fransızların özlərinə ziyan vurduqlarını söyləyib: “Özünü dünyanın ən yaxşı futbolçularından birindən məhrum etməyi anlamaq mümkün deyil. Benzemanın Fransa yığmasına çağırılmaması onlar üçün əsl biabırçılıqdır. Kərim bu müddət ərzində peşəkarlıq, fədakarlıq və təvazökarlıq kimi dəyərləri nümayiş etdirir. Komanda yoldaşları onu yüksək qiymətləndirirlər. Onun haqqında yalnız xoş fikirlər səsləndirə bilərəm”.

Qeyd edək ki, 2007-2015-ci illərdə Fransa yığmasının formasını geyinən Benzema komanda yoldaşı Metyu Valbuena ilə yaşadığı qalmaqala görə son 6 ildə dəvət almayıb.