cümə, 29 avqust 2025

DÜNYA FUTBOLU

“Milan” Donarummanın tələbi ilə razılaşmır

01.02.2021 18:30 Oxundu 454


"Milan" qapıçısı Canluici Donnarumma ilə yeni müqavilə imzalamaq üçün razılığa gələ bilmir.

“CEMPİON.AZ” "Corriere della Sera"ya istinadən xəbər verir ki, 21 yaşlı qolkiper İtaliya klubundan illik 10 milyon avro maaş tələb edir. "Milan" isə bununla razılaşmır.

Lakin A seriyası təmsilçisi oyunçuya 7 milyon+1 milyon avro bonus ödəməyə hazırdır. Donnarumma isə bunu qəbul etmir.

Futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Donnarumma bu mövsüm A seriyasında 19 oyun keçirib.