cümə, 29 avqust 2025

BİZİM FUTBOL

Elmar Baxşıyev: “Sonda keyfiyyət sözünü dedi”

01.02.2021 22:39 Oxundu 446

"Kubok oyunları 2 matçdan ibarətdir. Rəqibin səviyyəsi göz önündədir. Əzmkarlıq sayəsində müqavimət göstərmək istəyirdik. Sonda keyfiyyət sözünü dedi. Bununla belə, komandamın oyununa görə şadam".

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, bütün futbolçulardan istifadə etdiyini söyləyib: "Bu gün üçün ən optimal heyət budur. Murad Musayevə də şans verəcəyik. Bütün günahı müdafiəçilərin üstünə atmaq düzgün deyil. Biz oyuna öz prizmamızdan hazırlaşırıq. "Qarabağ" imkan verdiyi qədər oynadıq".
Baxşıyev növbəti mərhələ şanslarının davam etdiyini bildirib: "Şans həmişə var. Cavab matçına daha motivasiyalı çıxacağıq. Əlimizdən gələni edəcəyik".