cümə, 29 avqust 2025

DÜNYA FUTBOLU

İki futbolçusunu icarəyə verdi

02.02.2021 11:21 Oxundu 425


İngiltərənin “Arsenal” klubu iki futbolçusunu icarəyə verib.

"CEMPİON.AZ" xəbər verir ki, bunlar müdafiəçi Eynsli Meytland-Nayls və yarımmüdafiəçi Cozef Uillokdur.

Eynsli “Vest Bromviç”ə keçib. 23 yaşlı ingiltərəli mövsümün sonunadək icarə əsasında bu komandada oynayacaq. O, cari mövsüm bütün turnirlərdə ümumilikdə 21 matça çıxıb.

Cozef isə “Nyukasl”ın uğurları üçün çalışacaq. 21 yaşlı ingiltərəli mövsümün sonunadək icarəyə verilib. Yarımmüdafiəçi cari mövsüm 17 dəfə şans qazanıb və 3 qol vurub.