cümə, 29 avqust 2025

DÜNYA FUTBOLU

“Barselona”dan “Nitsa”ya

02.02.2021 12:56 Oxundu 450


Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

“CEMPİON.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi “Barselona”nın müdafiəçisi Jan-Kler Todibonu heyətinə qatıb.

“Nitsa” 21 yaşlı futbolçunu satınalmaq şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.

Qeyd edək ki, Fransanın “Tuluza” klubunun yetirməsi olan Todib 2019-cu ildə “Barselona”ya transfer edilib. Fransız müdafiəçi daha əvvəl “Şalke” və “Benfika”da da icarədə oynayıb.