02.02.2021 13:20
432


İngiltərənin “Everton” klubu yeni hücumçu transfer edib.
“CEMPİON.AZ” xəbər verir ki, Premyer Liqa təmsilçisi Coşua Kinqi heyətinə qatıb.
Liverpullular 29 yaşlı forvardı “Bornmut”dan transfer edib. Norveçli futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Kinq cari mövsüm Çempionşipdə 12 oyun keçirib.