cümə, 29 avqust 2025

DÜNYA FUTBOLU

“Real”ın yetirməsi Sequndada

02.02.2021 13:43 Oxundu 497

İspaniyalı hücumçu Xese Rodriges vətəninə qayıdıb.

“CEMPİON.AZ” xəbər verir ki, “Real”ın yetirməsi Sequndada çıxış edəcək.

Ötən ilin dekabrında Fransa klubu PSJ-dən ayrılan 28 yaşlı forvard azad agent kimi aşağı liqa təmsilçisi “Las-Palmas”a keçib. Xese yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Xese Rodriges 2017-ci ildə “Las-Palmas”da icarə əsasında çıxış edib.