cümə, 29 avqust 2025

DÜNYA FUTBOLU

Canni İnfantino: Olmağımız lazım gələn yerə yenidən qayıdırıq"

02.02.2021 18:43 Oxundu 438

2022-ci ildə Qətərdə keçiriləcək  dünya çempionatında azarkeşlərin iştirakına icazə veriləcək.

“CEMPİON.AZ” xarici KİV-lərə stinadən xəbər verir ki, bu  barədə FİFA prezidenti Canni İnfantino danışıb.
 
50 yaşlı rəhbər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusun Cenevrədə təşkil etdiyi mətbuat konfransında həmin vaxtadək koronavirus pandemiyasına qalib gələcəklərini və fanatların matçları izləyə biləcəyini deyib:

"Stadionlarımız tam dolu olacaq. Çünki o vaxtadək koronavirusu yenəcəyik və bu virusla yaşamağı öyrənəcəyik. Dünya kubokunun sehrinin bütün insanları yenidən birləşdirəcəyinə inanıram. Olmağımız lazım gələn yerə yenidən qayıdırıq".

Qeyd edək ki, 2010-cu ildəki səsvermə nəticəsində ev sahibliyinin Qətərə verildiyi DÇ-2022 21 noyabr- 8 dekabr tarixlərində keçiriləcək.