cümə, 29 avqust 2025

BİZİM FUTBOL

“Keşlə” və "Zirə" qələbə qazandı - YENİLƏNİB

02.02.2021 20:30 Oxundu 797

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.

"CEMPİON.AZ" xəbər verir ki, ilk olaraq birinci divizion təmsilçisi "Kəpəz" "Keşlə"nin qonağı olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Digər görüşdə "Neftçi" "Zirə"ni qəbul edb. Bu görüşdə isə qonaqlar qələbə qazanıb - 1:0.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab qarşılaşmaları 6-7 fevral tarixlərində keçiriləcək.

2 fevral (çərşənbə axşamı)

Azərbaycan kuboku

1/4 finalın ilk oyunları

 
18:00. “Neftçi” – “Zirə” - 0:1
Qol:
 İlkin Muradov, 26
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Vüqar Həsənli
Bakcell Arena

16:00. “Keşlə” – “Kəpəz” - 1:0
Qol:
 Meza Kolli, 42-pen.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
ASK Arena

1 fevral (bazar ertəsi)

18:00. “Qarabağ” – “Qəbələ” - 3:1
Qollar
: Kvabena Ovusu, 55 (1:0), Mahir Emreli, 72 (2:0), 74 (3:0), Ceyms Adeniyi, 88 (3:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov
Reallaşdırılmayan penalti: Uroş Matiç ("Qarabağ"), 33
Tofiq Bəhramov adına Respublika Stadionu

16:00. “Sumqayıt” – “Səbail” - 0:1
Qol:
 Amil Yunanov, 12 (0:1)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov
“Kapital Bank Arena”