cümə, 29 avqust 2025

DÜNYA FUTBOLU

“Napoli” Qattuzoya əvəzləyici tapdı

03.02.2021 10:36 Oxundu 422


İtaliyanın “Napoli” klubu baş məşqçi postunda dəyişiklik edəcək.

“CEMPİON.AZ” xəbər verir ki, Neapol təmsilçisi yeni çalışdırıcısını artıq müəyyənləşdirib.

Cennaro Qattuzonu istefaya göndərməyə hazırlaşan A seriyası komandası onu Rafael Beniteslə əvəzləyəcək. İspaniyalı mütəxəssislə görüşən klub prezidenti Aurelio De Laurentis onunla hərtərəfli razılığa gəlib. 2013-2015-ci illərdə “Napoli”yə rəhbərlik edən Benitesin təyinatı tezliklə rəsmiləşəcək.

Qeyd edək ki, “Napoli” hazırda A seriyasında 37 xalla 6-cı pillədə qərarlaşıb.