cümə, 29 avqust 2025

DÜNYA FUTBOLU

27-ci testdə Robertonun sağaldığı aşkarlanıb

03.02.2021 10:52 Oxundu 437

İspaniyanın “Barselona” klubunun müdafiəçisi Serxi Roberto əvvəlcə zədəli olduğu, daha sonra isə koronavirusa yoluxduğu üçün iki ay komandadan uzaq qalıb.

“CEMPİON.AZ” xəbər verir ki, artıq kollektivə qayıdan sağ cinah oyunçusu bu müddətdə düz 27 dəfə koronavirus testindən keçib. Bunun 26-da nəticə pozitiv çıxıb və yalnız 27-ci testdə Robertonun sağaldığı aşkarlanıb.

Qeyd edək ki, ötən il noyabrin 21-dən komandadan uzaq düşən Serxi Roberto yalnız yanvarın 31-də La Liqanın XXI turunda “Atletik”lə (2:1) matçın ikinci hissəsində yaşıl meydanlara dönüb.