cümə, 29 avqust 2025

BİZİM FUTBOL

Qurban Qurbanovun başçılığı ilə 300-cü qələbə

03.02.2021 12:49 Oxundu 451

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 300-cü qələbəsini qazanıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.
 
Öz meydanında “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi 49 yaşlı mütəxəssislə yubiley uğuruna imza atıb.

Qeyd edək ki, 2008-ci ilin yayından “Qarabağ”ı çalışdıran Qurbanov bu müddətdə komandanı 543 matça çıxarıb. Qələbələrdən 223-ü Premyer Liqaya, 34-ü ölkə kuboku, 43-ü avrokuboklara təsadüf edib.