cümə, 29 avqust 2025

DÜNYA FUTBOLU

Kavani zədələndi

03.02.2021 14:25 Oxundu 446

İngiltərə Premyer Liqasının XXII turunda “Sauthempton”u darmadağın edən (9:0) “Mançester Yunayted” bir itki ilə üzləşib.

“CEMPİON.AZ” xəbər verir ki, matçın ilk hissəsində hücumçu Edinson Kavani fərqlənib.

Görüşdə 4-cü qolun müəllifi olan Uruqvay millisinin üzvü fasilədən dərhal sonra yerini Antoni Marsiala verib. “Qırmızı şeytanlar”ın rəsmi saytında Kavaninin topuğundan zədə aldığı, lakin durumu barədə tibbi müayinədən sonra məlumat veriləcəyi yazılıb.

Qeyd edək ki, “Mançester Yunayted” 44 xalla Premyer Liqada 2-ci pillədə qərarlaşıb.