03.02.2021 22:37
501
501

İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Con Terri “Bornmut”un baş məşqçisi ola bilər.
"CEMPİON.AZ" xəbər verir ki, Çempionşip təmsilçisi London klubunun əfsanəsini baş məşqçi postuna gətirməyi planlaşdırır.
“Bornmut” cəmi 6 ay fəaliyyətdən sonra istefaya göndərilən Ceyson Tindalla əvəzləyici axtarışına başlayıb. Klub rəhbərliyinin bu posta əsas namizədi Terridir.
Qeyd edək ki, Terri hazırda “Aston Villa”da Din Smitin məşqçilər korpusunda yer alıb.