çərşənbə, 25 mart 2026

DÜNYA FUTBOLU

Karyerasını yenidən A seriyasında davam etdirəcək

04.02.2021 15:19 Oxundu 532


Qana millisinin futbolçusu Kvadvo Asamoa karyerasını yenidən A seriyasında davam etdirəcək.

“CEMPİON.AZ” xəbər verir ki, ötən ilin oktyabrında “İnter”dən ayrılandan sonra klubsuz olan müdafiəçi A seriyasının digər təmsilçisi ilə anlaşıb.

Kvadvo “Kalyari” ilə müqavilə imzalayıb. 32 yaşlı afrikalı Sardiniya klubu ilə mövsümün sonunadək anlaşıb.

Qeyd edək ki, karyerası ərzində yalnız İtaliyada oynamış Asamoa “Udineze”, “Yuventus” və “İnter”in şərəfini qoruyub.