çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

44 yaşlı hücumçu "Atletik"də

10.02.2021 12:13 Oxundu 485

Uruqvay millisinin sabiq futbolçusu Sebastyan Abreu Braziliyanın  "Atletik" klubuna keçib.

“CEMPİON.AZ” xəbər verir ki, 44 yaşlı hücumçu bununla da karyerasında 30-cu fərqli klubda çıxış edəcək.  “Dəli” ləqəbli Abreu bu göstəricidə özünün dünya rekordunu yeniləyib.

Qeyd edək ki, “Atletik” 51 ildən sonra bu yaxınlarda Minas-Jerays ştatının birinci divizionuna yüksəlib.

Əlavə edək ki, 1996-2012-ci illərdə Uruqvay millisində çıxış edən Sebastyan Abreu 70 oyuna 26 qol vurub.