çərşənbə axşamı, 24 mart 2026

DÜNYA FUTBOLU

Qolsuz bərabərlik “Yuventus”a kifayyət etdi

10.02.2021 12:48 Oxundu 474


İtaliya kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

“CEMPİON.AZ” xəbər verir ki, bu gün bir matç keçirilib. "Yuventus" doğma meydanda "İnter"lə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb. İlk oyunda 2:1 hesabı ilə qalib gələn Turin təmsilçisi finala yüksəlib.

Final matçında Andrea Pirlonun baş məşqçisi olduğu komanda "Napoli" - "Atalanta" cütünün qalibi ilə oynayacaq.

10 fevral

"Yuventus" - "İnter" - 0:0
İlk oyun - 2:1