çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Liqa 1 klubu baş məşqçi axtarır

10.02.2021 13:51 Oxundu 471

Fransa Liqa1 təmsilçisi “Nitsa” baş məşqçi axtarışlarını davam etdirir.

“CEMPİON.AZ” xəbər verir ki, klub rəhbərliyi iki mütəxəssisin namizədliyini nəzərdən keçirir.

Bunlar Lüsyen Favr və Peter Bosdur. 2016-18-ci illərdə də “Nitsa”ya rəhbərlik edən Favr klubu Liqa1-də tarixinin ilk medallarına daşıyıb.

İsveçrəli mütəxəssis ötən ilin dekabrından klubsuzdur. Həmin vaxt Favr Dortmund “Borussiya”sından istefaya göndərilib.

Bos isə hazırda “Bayer”ə rəhbərlik edir. Niderlandlı 2016/17 mövsümündə “Ayaks”ı Çempionlar Liqasının finalına daşıyıb.

Qeyd edək ki, “Nitsa” hazırkı baş məşqçisi rumıniyalı Adrian Ursyanı uğursuz nəticələr üzündən postundan kənarlaşdırmaq niyyətindədir.