10.02.2021 16:16
510
510

İtaliyanın “Milan” klubunun sabiq futbolçusu Aleşandre Pato karyerasını Amerikada davam etdirməyə yaxındır.
“CEMPİON.AZ” xəbər verir ki, hücumçu Şimali və Cənubi Amerika arasında seçim etməlidir.
Ötən ilin avqustunda Braziliyanın “San-Paulu” klubundan ayrılandan sonra azad agent statusu alan Patonun xidmətində Argentinada “Argentinos Xuniors”, ABŞ-da “Orlando Siti” maraqlıdır.
Hər iki klubun nümayəndələri futbolçunun agenti ilə danışıqlara başlayıb. Patoya iki illik müqavilə təklif olunub. Qərar verməkdə tələsməyən forvardın özü Avropada oynamaq arzusundadır.