çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Ramosu razı salmaq mümkün olmur

10.02.2021 16:45 Oxundu 484

İspaniyanın “Real” klubu kapitanı Serxio Ramosa növbəti təklifini edib.

“CEMPİON.AZ” xəbər verir ki, Madrid təmsilçisi ilə ulduz futbolçu arasındakı budəfəki danışıq da uğursuz nəticələnib.

“Real” rəhbərliyi maaşın 10 faiz azaldılması şərtilə 2 illik yeni saziş təklif etsə də, 34 yaşlı müdafiəçi növbəti dəfə bunu rədd edib. İspanlar artıq Ramosla danışıqları dayandırmaq və başqa təklif etməmək qərarına gəlib.

Qeyd edək ki, dizindən əməliyyat olunduğu üçün komandadan kənarda qalan Serxio Ramosun müqavilə müddəti mövsümün sonuna qədərdir.