çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

Con Stounsun müqaviləsini artırmaq istəyirlər

10.02.2021 17:53 Oxundu 457

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Con Stounsun gələcək karyerasına aydınlıq gəlib.

“CEMPİON.AZ” xəbər verir ki, klub rəhbərliyi müdafiəçini heyətdə saxlamağa qərar verib.

Premyer Liqa təmsilçisi Conla müqaviləni uzadacaq. Mançesterlilər müqaviləsi 2022-ci ilin yayında başa çatacaq arxa xətt oyunçusunu daha uzun müddət sıralarında saxlamaq niyyətindədir.

Qeyd edək ki, Stouns cari mövsüm 20 oyunda 3 qol vurub.