çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

“Ankaragücü” klubunun yeni baş məşqçi

10.02.2021 18:39 Oxundu 468

Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə Superliqa klubunun rəsmi saytı məlumat yayıb. 
 
Komandanı Hikmət Karaman çalışdıracaq. 61 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
 
Karaman son olaraq “Yeni Malatyaspor”un baş məşqçisi olub.
 
Qeyd edək ki, bu mövsüm Türkiyə Superliqasında keçirdiyi 22 turdan sonra 18 xal toplayan “Ankaragücü” turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb