çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

“Mançester Siti”nin futbolçusu məşqçiliyə başladı

11.02.2021 12:46 Oxundu 417


Fil Dişi Sahili yığmasının sabiq futbolçusu məşqçiliyə başlayıb.

“CEMPİON.AZ” xəbər verir ki, “Mançester Siti” və “Barselona”dakı çıxışı ilə tanınan yarımmüdafiəçi Ukrayna klubu “Olimpik”də fəaliyyət göstərəcək.

Donetsk təmsilçisi rəsmi saytı vasitəsilə 38 yaşlı keçmiş oyunçunun köməkçi-məşqçi postuna təyin olunduğunu açıqlayıb. O, baş məşqçi İqor Klimovskinin köməkçisi olacaq.

Qeyd edək ki, Yaya Ture son olaraq ötən il Çinin “Çindao Haynyu” klubunun formasını geyinib.