11.02.2021 13:43
455


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında növbəti görüşlərini keçirib.
“CEMPİON.AZ” xəbər verir ki, 34 yaşlı qrossmeyster raundun ikinci yarış günündə niderlandlı Aniş Giri ilə daha 6 dəfə üz-üzə gəlib.
İlk 4 görüş heç-heçə yekunlaşıb - 2:2. Buna görə də yarımfinala vəsiqə qazanan şahmatçı tay-breykdə bəlli olub. Burada rəqibinə 1,5:0,5 hesabı ilə qalib gələn şahmatçımız növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, tərəflər arasında ilk gündə keçirilən görüşlər 2:2 hesabı ilə başa çatmışdı.
Teymur Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq. Bu raundun digər görüşündə norveçli Maqnus Karlsenlə fransalı Maksim Vaşye-Laqrav üz-üzə gələcək.
Yarımfinal qarşılaşmaları 11-12 fevralda olacaq.