11.02.2021 14:49
466


Fransanın PSJ klubunun futbolçusu Neymar zədələnib.
“CEMPİON.AZ” xəbər verir ki, braziliyalı hücumçu ölkə kubokunun 1/32 final matçında xəsarət alıb.
O, “Kan”la görüşün (1:0) 60-cı dəqiqəsində sol ayağından zədələnərək əvəzlənib. İlk dəfə meydana komandanın kapitanı kimi çıxan Neymar əvəzləndikdən sonra dərhal soyunub-geyinmə otağına yollanıb.
Fevralın 13-də “Nitsa” ilə çempionat, üç gün sonra Çempionlar Liqasında “Barselona” ilə görüşəcək PSJ-nin hücumçunun durumuna müayinədən sonra aydınlıq gələcək.
29 yaşlı futbolçu zədədən sonra instaqram səhifəsindəki paylaşımı ilə də diqqət çəkib. Neymar Allaha müraciət edib: “Allah hər şeyi bilir. Sənə şükürlər olsun, Tanrı”.
Qeyd edək ki, Neymar cari mövsümün 18 oyununda 13 qol vurub.