çərşənbə axşamı, 02 sentyabr 2025

ŞAHMAT

Teymur Rəcəbov yarımfinalda Uesli So ilə qarşılaşıb

12.02.2021 10:11 Oxundu 593

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında ilk oyunlarını keçirib.

“CEMPİON.AZ” xəbər verir ki, millimizin üzvü ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. Rəcəbov ümumi hesabda rəqibinə uduzub - 1,5:2,5.

Rəcəbov və So sabah ən azı daha 4 görüş keçirəcəklər.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.
"Opera Euro Rapid"
Yarımfinal

Uesli So (ABŞ) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 2,5:1,5
Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) - 2,5:0,5