çərşənbə axşamı, 02 sentyabr 2025

DÜNYA FUTBOLU

"Çelsi" növbəti mərhələdə

12.02.2021 10:44 Oxundu 478

İngiltərə  kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
 
“CEMPİON.AZ” xəbər verir ki, sonuncu oyun günündə iki görüş keçirilib. “Vulverhempton” evdə “Sauthempton"a 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

“Çelsi” isə səfərdə "Barnsli" ilə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn London təmsilçisi növbəti mərhələyə vəsiqəni təmin edib.
 
Daha öncə “Bornmut”, “Mançester Yunayted”, “Mançester Siti”, “Lester Siti”, “Şeffild Yunayted” və “Everton” da 1/4 finala vəsiqə qazanmışdı.
 
11 fevral
 
"Vulverhempton" – "Sauthempton" - 0:2
Qollar
: İnqs, 49, Armstronq, 90
 
"Barnsli" – "Çelsi" - 0:1
Qol: Abraham, 64